Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:02

-

Cümə günü islamçı üsyançılar Suriyanın Hələb şəhəri yaxınlığında strateji şəhəri hökumət qüvvələrindən alıblar.

Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, Al-Nusra Cəbhəsinin də daxil olduğu koalisiya üzvləri Xan Tuman şəhərini və ətraf kəndləri ələ keçirib.

Üsyançıların hücumu çərşənbə günündən başlamışdı.

Döyüşdə azı 43 üsyançının, 30 əsgərin həlak olduğu bildirilir.

Xan Tuman Hələblə Dəməşqi birləşdirən yolun kənarında olduğundan strateji baxımdan mühüm sayılır.

Suriyada atəşkəs razılaşması olsa da, ölkənin müxtəlif yerlərində döyüşlər davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG