Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:24

S.Novruzov: «Vizanı ya ləğv edin, ya uzadın»


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

Milli Məclisin bugünkü iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğvini və ya müddətinin uzadılmasını təklif edib.

«Report»un xəbərinə görə, o, çıxışında bildirib ki, Türkiyə son hadisələrdə Azərbaycana dəstəyini göstərib və indi də davam edir:

«İndiki şəraitdə viza rejiminin ləğv olunması və ya onun müddətinin uzadılması vacib amillərdəndir. Xüsusilə Naxçıvanı qeyd etmək istəyirəm. Oradan Türkiyəyə işləməyə gedənlər var. Naxçıvan blokadada olan ərazidir. Onda Naxçıvandan Türkiyəyə işləməyə gedənlər məcburdurlar ki, üç aydan bir sərhədi keçsinlər. O zaman da qazandıqları yolpuluna gedəcək. Gürcüstan Türkiyə ilə viza sistemini ləğv etdi. Azərbaycanın bütün ərazisində olmasa da, Naxçıvanda viza ya ləğv olunmalı, ya da bir il müddətinə uzadılmalıdır. Müəllimlər var ki, Türkiyədə dərs deyir. Onların işlərinin yüngülləşdirilməsi üçün bu addımları atmalıyıq».

Spiker Oqtay Əsədov isə hazırda bu istiqamətdə iş getdiyini söyləyib.

XS
SM
MD
LG