Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:58

Azərbaycanda imtahan ver, Türkiyədə sür


Sürücülük vəsiqəsi
Sürücülük vəsiqəsi

-
Milli Məclis «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında» sazişi təsdiq edib.

APA-nın xəbərinə görə, məsələ barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Həsənov məlumat verib. Daha sonra Milli Məclis sazişi təsdiqləyib.

Beləliklə, artıq Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı tanınacaq.

İki ölkə arasında bu saziş bu ilin martında imzalanıb. Həmin vaxt prezident İlham Əliyev Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak etmək məqsədilə Türkiyəyə getmişdi.

XS
SM
MD
LG