Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:52

-

Rusiyanın Tver şəhərində bir nəfər Krımla bağlı məqaləni sosial şəbəkədə təkrar yerləşdirməyə görə iki il üç aylıq həbsə məhkum edilib.

Mayın 5-də məhkəmə qərar çıxarıb ki, mühəndis Andrei Bubeyev publisist Boris Stomakhin-in məqaləsini yayıb, həmin məqalə isə daha öncə “ekstremist” sayılıb, “Rusiyanın ərazi bütövlüyünə təhlükə yaratdığı” vurğulanıb.

Həmin məqalədə Ukraynanın Krım vilayətinin Rusiyaya qanunsuz ilhaq olunduğu, Ukraynaya qaytarılmalı olduğu deyilir.

Ötən ilin aprelində Stomakhin terrorçuluq və ekstremizmin təbliği ittihamıyla yeddi illik həbs cəzası alıb.

Stomakhin ittihamları siyasi motivli sayır.

Çuvaşiyada isə 62 yaşlı Nikolai Yegorov həmin məqaləni yayaraq milli ədavəti qızışdırmaqda ittiham olunur. Onun məhkəməsi davam edir, özü ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG