Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:35

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 112 dəfə pozublar.
Bu zaman iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndlərinin vurulduğu açıqlanır.
Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin atəşə tutulduğu qeyd edilir.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri də atəşə məruz qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarında Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri də atəşə tutulub.

Nazirlik bildirir ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə atəş zərbələri endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG