Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:20

Kuril adalarından danışacaqlar


Vladimir Putin (solda) və Shinzo Abe, 2014-cü il

Vladimir Putin (solda) və Shinzo Abe, 2014-cü il

-

Mayın 6-da Yaponiyanın baş naziri Shinzo Abe Rusiya Prezidenti Vladimir Putin-lə Soçidə görüşəcək. Tərəflər münasibətlərin dərinləşdirilməsini, yarım əsrdən çox davam edən ərazi mübahisəsini müzakirə edəcəklər.

2-ci Dünya Müharibəsinin sonunda sovet əsgərləri Kuril adasını tutub. Bundan sonra Yaponiya və Rusiya sülh sazişi imzalamayıb.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Soçi görüşündə ciddi irəliləyiş gözlənilməsə də, Moskva “ikitərəfli münasibətlər konstruktiv mühitin yaranacağına” ümid edir.

Yaponiya bu yaxınlarda Qərbin Ukraynaya görə Rusiyaya qoyduğu sanksiyalara qoşulub. Bundan sonra münasibətlər daha da gərginləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG