Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:38

Parkda partlamamış mərmi tapılıb


Minaaxtaran
Minaaxtaran

-

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik mayın 5-də cəbhə bölgəsində aşkarlanan partlamamış hərbi sursatlar haqqında hesabat təqdim edib.

AZƏRTAC-ın xəbərinə görə, Goranboy rayonunun Yolqullar kəndində parkın ərazisində bir partlayış yerinə baxış keçirilib. Orada bir ədəd partlamamış PQ-7 mərmisi aşkar edilərək götürülüb və 800 kvadratmetr ərazi təmizlənib.

Mayın 5-də agentliyin 7 ev, 2 əkin sahəsi, 10 partlayış yerini yoxladığı bildirilir.
Agentlikdən verilən məlumata görə, aprelin 7-dən mayın 5-dək ümumilikdə min 414 partlamamış hərbi sursat aşkarlanıb. Bundan başqa, 11 piyada əleyhinə minanın (PMN), iki piyada əleyhinə POMZ-2 və altı tank əleyhinə minanın aşkarlanaraq zərərsizləşdirildiyi deyilir.

XS
SM
MD
LG