Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:48

-

Al-Qaeda Əfqanıstanda Taliban qruplaşması ilə sıx işləyir və qruplaşmanın hökumətə qarşı savaşını gücləndirə bilər. Bunu NATO-nun sözçüsü mayın 5-də deyib.

“Onların təkbaşına Əfqanıstan hökumətinə real təhlükə yaratdığını düşünmürük”, sözçü, briqada generalı Charles Cleveland deyib. “Ancaq düşünürük ki, Al-Qaeda Talibanla daha çox işləməyə başlayır və onlar Talibanın işini sürətləndirə bilərlər”.

Ötən payız al-Qaeda lideri Ayman al-Zawahiri Talibanın yeni lideri Mullah Akhtar Mansoor-a dəstəyini bildirmişdi.

“O vaxtdan bəri iki qruplaşma arasında daha çox bağlantı yarandığını görürük”, Cleveland deyib. O, Əfqanıstanda 100-300 Al-Qaeda üzvü olduğunu söyləyib

Günün bütün mövzuları

XS
SM
MD
LG