Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun Bakıda keçirilən iclası başa çatıb.

Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən toplantının sonunda protokol imzalanıb.

Bu haqda Azərbaycan Dəmir Yolları-nın saytı xəbər verir.

İştirakçı ölkələrin imzaladığı protokola əsasən, Çindən Avropaya qədər və əks istiqamətdə rəqabətə davamlı tariflərin tətbiqi nəzərdə tutulur.

Yeni tariflər mayın 17-də Gürcüstanda keçiriləcək işçi qrupunun növbəti iclasında dəqiqləşdiriləcək və iyunun 1-dən tətbiq olunacaq.

Toplantıda həmçinin, Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun 2016-cı ilə fəaliyyət planını da təsdiqlənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG