Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:18

«Azərxalça» ASC yaradılır


Azərbaycan xalçası (arxiv fotosu)
Azərbaycan xalçası (arxiv fotosu)

Prezident İlham Əliyev «Azərxalça» Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, bu cəmiyyət xalça istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışını təşkil edəcək. Eyni zamanda, cəmiyyət xalça istehsalında yeni texnologiyaların tətbiqi və başqa bu kimi işləri yerinə yetirəcək.

Sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinə, iqtisadiyyat və vergilər nazirliklərinə, Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırıqlar verilib.

Prezident həmçinin «Azərxalça» Elmi Yaradıcılıq İstehsalat Birliyini ləğv edib.

XS
SM
MD
LG