Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

«Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq ikitərəfli və NATO çərçivəsində aparılır. Hərbi, hərbi-texniki və hərbi təhsil sahələrindəki bu əlaqələrin geniş potensialı var».

Bunu müdafiə naziri Zakir Həsənov Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Qalip Mendi ilə görüşündə deyib.

Müdafiə Nazirliyinin saytı xəbər verir ki, Z. Həsənov Türkiyə Jandarm Qüvvələri baş komandanının Azərbaycana səfərinin əlaqələrin daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldığı bildirilir.

General Qalip Mendi mayın 3-dən Azərbaycanda səfərdədir. Bundan əvvəl isə O, Daxili İşlər naziri Ramil Usubovla görüşmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG