Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:40

Mayın 5-də Bakıda BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi ilə Dövlət Gömrük Komitəsinin birgə layihəsinə start verilib. Layihənin məqsədi Azərbaycan və Gürcüstan arasındakı sərhəd-keçid məntəqələrinin inkişafını dəstəkləməkdir.

Layihənin ümumi büdcəsi təqribən 2 660 000 milyon avrodor . Avropa Birliyinin maliyyələşdirdiyi bu layihənin Qırmızı Körpü sərhəd keçid məntəqəsində həyata keçiriləcəyi nəzərdə tutulur.

Açılış mərasiminə Azərbaycan və Gürcüstanın gömrük xidmətlərinin, Avropa Birliyinin, diplomatik korpus və BMT-nin hər iki ölkə ofisinin nümayəndələri qatılıblar.

Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, layihə Azərbaycanda iqtisadi səmərəliliyi, rəqabət və bilik əsaslı inkişafı artırmaq baxımından əhəmiyyətlidir.

BMT-nin Rezident Nümayəndəsi Qulam İsakzai əməkdaşlıqdan məmnunluq ifadə edib. Layihənin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunluğu yüksək qiymətləndirilib.

«Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd keçid məntəqəsinin təkmilləşdirilməsinə dəstək» layihəsinin ümumi məqsədi sərhədlərin təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, layihədə Azərbaycan və Gürcüstan arasında malların keçidinin sürətləndirməsi əsas prioritetlərdən sayılır. Üstəlik, layihədə hər iki ölkə üçün əhəmiyyətli olan sanitar və fito-sanitar tədbirlərinin görülməsi də nəzərdə tutulur.

Ayrı-ayrı şəxslər Azadlıq Radiosuna dəfələrlə bildiriblər ki, Qırmızı Körpü keçid məntəqəsində əsasız yoxlamalara və üzücü vaxt itkisinə məruz qalırlar. Körpünün Gürcüstana aid hissəsində, həm əsasız yoxlamaların, həm də üzücü növbələrin olmadığı bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG