Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:34

2014-cü ildə 5,189 milyon mənfəət əldə edən cəmiyyətin 2015-ci ildəki xalis itkisi 31,287 milyon manat olub

«Azərişıq» Açıq Səhmdar Cəmiyyəti 2015-ci ilin maliyyə-iqtisadi hesabatını açıqlayıb. Hesabata görə, cəmiyyət ötən il ciddi ziyanla işləyib.

2015-ci ildə onun xalis itkisi 31,287 milyon manat olub. Bir il öncə cəmiyyət 5,189 milyon manat mənfəət əldə etmişdi.

«Azərişıq»ın bölünməyən mənfəəti 2,4 dəfə – 120,036 milyon manatdan 50,136 milyon manata qədər azalıb.

Onun aktivləri ötən il 1322,973 milyondan 2027,923 milyon, nizamnamə kapitalı isə 623,534 milyondan 1 319,208 milyon manata qədər artıb.

2015-ci ildə cəmiyyətin debitor borcları da artıb.

2015-ci ildə elektrik enerjisinin maya dəyərinin 377,751 mln-dan 679,953 mln manata qədər artdığı bildirilir. Debitor borcları nəzərə alınsa, belə anlaşılır ki, operator satılan elektrik enerjisinin qiymətinin 22,8 faizini toplaya bilib.

Elektrik enerjisinin satışının həcmi ötən il yüksəlib. Artım 427,254 milyondan 756,785 milyon manata qədər yüksəlib. Debitor borcları nəzərə alınsa, abunəçi ödənişi satışın 31,7 faizi qədərdir.

Mütəxəssislərin fikrincə, «Azərişıq» ASC «Azərenerji»yə olan borcunu ödəmək qabiliyyətində deyil. «Azərenerji»-nin isə 2016-cı ilin birinci rübü üçün SOCAR-a aldığı qaza görə 350 milyon manat borcu var.

Ekspertlər düşünür ki, dövlət müəssisələri arasında maliyyə intizamı pozulub.

Bu günlər SOCAR rəsmiləri də bildirmişdilər ki, bu şirkət də ötən ili ziyanla başa vurub. SOCAR-ın 6 milyard dollardan çıx borcunun olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG