Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:28

2016-cı ilin birinci rübündə Azərbaycan kənd təsərrüfatı mallarının ixracını ötən ilin analoji dövrü ilə müqayisədə 26,2 faiz artırıb. Ölkədən tərəvəz ixracı isə 4 dəfə yüksəlib.

Bunu Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Üç ayda 13 513 ton tərəvəz ixrac edilib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 10,6 min ton çoxdur.

Ancaq ixracın coğrafiyası barədə məlumat verilmir.

Hərçənd iqtisadçılar deyir ki, söhbət istixana şəraitində yetişdirilən pomidor və xiyarın əsasən Rusiyaya tədarükündən gedir. Tərəvəz ixracından 14,1 milyon dollar əldə edildiyi bildirilir.

Tərəvəzdən fərqli olaraq, meyvə ixracı (18 637 ton) 18,9 faiz azalıb.

Tütünçülər də ixracatı artırıb. Birinici rübdə xarici şirkətlərə 860 ton fermentləşdirilmiş tütün (+61,2 faiz) verilib. Bir ton tütün 4245 dollara (+14,1 faiz) satılıb.

İlin əvvəlindən 3967 ton pambıq ixrac edilib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 3053 ton çoxdur. Bir ton pambıq 1495 dollara satılıb. Bu, ötən ilkindən 13,1 faiz ucuzdur. İlin əvvəlindən 3 ayda kənd təsərrüfatı məhsullarının ixracı (dəri sənayesi nəzərə alınmaqla) 11,2 milyon artaraq 54,2 milyon dollar təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG