Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:07

Bakıda futbol üzrə Avropa Çempionatı başlayır


17 yaşadək gənclər arasında futbol üzrə Avropa Çempionatı, Bakı, may 2016
17 yaşadək gənclər arasında futbol üzrə Avropa Çempionatı, Bakı, may 2016

Bakıda 17 yaşadək gənclər arasında futbol üzrə Avropa Çempionatı başlayır.

Yarışlarda 16 komanda iştirak edir ki, onlar da ilkin mərhələdə dörd qrupa ayrılıb.

A qrupuna Azərbaycan, Portuqaliya, Belçika və Şotlandiya daxildir.

В qrupu: Ukrayna, Almaniya, Avstriya, Bosniya və Herseqovina;

С qrupu: Fransa, Danimarka, İngiltərə, İsveç;

D qrupu: İtaliya, Serbiya, Niderland, İspaniya.

Qrup mərhələsində matçlar mayın 5-12-də keçiriləcək. Hər qrupdan iki ən yaxşı komanda 1/4 finala çıxacaq.

1/4 final görüşləri mayın 14-15-də, yarımfinal görüşləri mayın 18-də keçiriləcək. Final oyunu mayın 21-də gerçəkləşəcək.

Çempionat yarışları Olimpiya Stadionunda, «Azərsun» (Suraxanı), «Baksel-arena» (8 km. qəsəbəsi) və «Dalğa» (Şüvəlan) arenalarında keçiriləcək.

Açılış mərasimi saat 19:00-da Olimpiya Stadionunda olacaq. Bundan sonra Azərbaycan və Portuqaliya yığmaları qarşılaşacaq.

Mütəxəssislər İngiltərə, İspaniya, Niderland və Fransa yığmaların favorit sayırlar.

XS
SM
MD
LG