Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:32

Münaqişə insan haqlarına mane olur


Arxiv fotosu
Arxiv fotosu

«Azərbaycan BMT-nin insan hüquqları sisteminin bütün mexanizmləri ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkədə insan hüquqlarının müdafiəsi və təşviqi ölkə başçısının birbaşa qayğısı və nəzarəti altında həyata keçirilir».

Xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Ra’ad Al Hussein ilə görüşündə belə deyib. Görüş Cenevrədə keçirilib.

Bu haqda Xarici İşlər Nazirliyi xəbər verir.

Görüşdə Azərbaycanla BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığı bildirilir.

X. Xələfov Dağlıq Qarabağ problemi haqda danışaraq deyib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. 1 milyondan artıq insan öz yurdlarından didərgin düşüblər. Nazir müavini münaqişənin insan hüquqlarının təminində ciddi problem olduğunu ifadə edib.

XS
SM
MD
LG