Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:23

-

Həqiqi hərbi xidmətə qəbul tələblərinə cavab verən vətəndaşlar, xidməti başa çatdırmış hərbi qulluqçular, habelə 19 yaşından 40 yaşınadək qadınlar könüllü silahlı qüvvələr sırasına qatıla bilərlər.

Bu haqda Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, müddətdən artıq həqiqi hərbi xidmət etmək istəyənlərin hazırlıq kursu hər ilin yanvar, aprel, iyul və oktyabr aylarında mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.

Prosedura görə, namizəd şəxsi işi ilə birlikdə yuxarı qərargahlarda yaradılmış peşə-psixoloji seçim komissiyasına təqdim olunur. Komissiyada namizədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə və düşünmə qabiliyyəti öyrənilir. Müsbət qiymətləndirilən şəxsin adı namizədlər siyahısına daxil edilir və növbəti qəbul zamanı o, kursa göndərilir.

Yararlı hesab edilən namizədlər qəbul imtahanlarında iştirak edir. Bu prosedurları uğurla keçənlər həqiqi hərbi xidmətə qəbul edilirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG