Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:24

ABŞ Dövlət katibi John Kerry Suriya, həmçinin Hələbdə atəşkəsin bərpası ilə bağlı razılaşmanı alqışlayıb.

O bildirib ki, ABŞ-ın dəstəklədiyi müxalifət və hökumət qüvvələri də daxil olmaqla bütün tərəflər ona əməl etməlidir.

“Biz bütün tərəflərin hərbi əməliyyatları dayandırmasını, Hələbdə atəşkəsə tam əməl edilməsini gözləyirik. Bu rejim və müxalifət deməkdir” və ümid edirik ki, onlar bütün ölkə boyu atəşkəs şəraitində yaşayacaqlar”, Kerry bildirib.

Kerry bunu Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Fogherini ilə keçirdiyi mətbuat konfransında deyib.

Kerry bildirib ki, bu razılaşmaya əməl edilməsi üçün Rusiya Bashar Assad rejiminə təzyiq göstərməlidir, neçə ki, bunu Vaşinqton müxalifətə edir.

Qeyd edək ki, ABŞ-la Rusiya Suriyada atəşkəsin bərpası ilə bağlı razılığa gəliblər.

İki həftədir ki, Hələbdə qızğın döyüşlər gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG