Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

-

Özbəkistanın şərqindəki Namangan regionunda yolda baş verən palçıq sürüşməsində beş nəfər həlak olub.

Fövqəladə Hallar Nazirliyi mayın 5-də bildirib ki, yolda hərəkət edən maşınlar palçıq altında qalıb. Altı nəfər salamat çıxa bilib. Hadisə mayın 4-də günorta 2-də baş verib.

Həmin yol Daşkəndi Qırğızıstanın cənubundakı Oş vilayəti ilə birləşdirir.

Yazda bu ərazidə dağlarda buzun və qarın əriməsi palçıq sürüşmələrinə səbəb olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG