Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:29

-

Beynəlxalq Valyuta Fondu bildirir ki, mayın 10-dan 18-dək Ukraynaya missiya göndərəcək, yeni hökumətin islahat proqramı nəzərdən keçiriləcək. Fond bunu yoxlayandan sonra 17.5 milyard dollarlıq kreditin verilməsinə başlayıb-başlamamaq qərarını verəcək.

Baş nazir Volodymyr Hrosyman aprelin 14-də işə başlamamışdan öncə BVF rəhbəri Christine Lagarde xəbərdarlıq etmişdi ki, Kiyev idarəçilik və korrupsiya ilə mübarizəni təkmilləşdirməyincə kredit proqramı ertələnəcək.

BVF-nin kredit proqramları hissə-hissə həyata keçirilir, iqtisadi və siyasi islahatlardan asılıdır.

Yardımın üçüncü tranşı oktyabrdan bəri saxlanıb. Səbəb bu vəsaitin korrupsioner məmurlar tərəfindən oğurlana bilməsi sarıdan narahatlıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG