Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:13

Qumbara partladı: 2 ölü, 3 yaralı


Qumbara
Qumbara

-

Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib.

BİRİ TUTULUB, BİRİ AXTARILIR

Daxili İşlər Nazirliyi mayın 5-i saat 3:00 radələrində Gəncənin E.Allahverdiyev küçəsində yerləşən çayxanada qumbara partlayışı ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhərrəm Əhmədov, oğlanları Nəriman, Sərxan, qohumları Taleh Əhmədov, Ayxan Mirzəyev və Orxan Mirzəyev həmyerliləri ilə mübahisə edib. Qarşı tərəfdə isə onların həmyerliləri Ramiz Quliyev, onun dostları - Yalçın Quliyev, Elşən Abdullayev və Sadiq Əhmədov olublar.

Nazirliyin bildirməsinə görə, bu zaman M.Əhmədov özü ilə gətirdiyi «F-1» tipli əl qumbarasından partlayış törədib. Nəticədə özü və T.Əhmədov hadisə yerində ölüb. Nəriman Əhmədov, Sadiq Əhmədov və Orxan Mirzəyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər

İstintaq, əməliyyat-axtarış tədbirləri nəticəsində Yalçın Quliyev saxlanılıb. Ramiz Quliyevin isə tutulması istiqamətində tədbirlər görüldüyü bildirilir.
Sözügedən şəxslərin və ya vəkillərinin rəsmi açıqlamaya münasibətləri, hələlik, bəlli deyil.

GƏNCƏDƏKİ PARTLAYIŞIN DETALLARI AÇIQLANIB

Gəncədə baş verən partlayış ilə bağlı iki maddə üzrə cinayət işi başlanıb.

Bu haqda AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidməti bildirib.

Mətbuat xidməti qeyd edib ki, faktla bağlı CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Ötən gecə Gəncədə Elbrus Allahverdiyev küçəsindəki çayxanada şəhər sakini Məhərrəm Həmidovun əlindəki «F-1» tipli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu Taleh Əhmədovun öldüyü bildirilir. M.Əhmədovun oğlu Nəriman Əhmədov, qardaşı oğlu Orxan Mirzəyev və Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

+++

Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib.

APA-nın xəbərinə görə, hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivindəki çay evində mübahisə zamanı baş verib.

Mübahisə edən 4 nəfərdən biri əlindəki qumbaranı partladıb. Partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG