Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:24

-

BMT-nin siyasi rəhbəri Hələbi bombalayan Suriya hökumətini ağır cinayətlər törətməkdə ittiham edir və tələb edir ki, məsuliyyət daşıyanlar mühakimə olunsunlar.

“Bir daha aydın şəkildə bildirim: xəstəxanalara məqsədli və birbaşa hücumlar hərbi cinayət sayılır”, Jeffrey Feltman mayın 4-də BMT-nin Təhlükəsizlik Şurasında deyib. “Münaqişə zamanı aclıqdan silah kimi istifadə hərbi cinayətdir”.

Feltman tələb edib ki, Suriya hərbi cinayətlərin təqibi məqsədilə Beynəlxalq Cinayət Məhkəməsinə verilsin.
2014-cü ildə Qərb dövlətlərinin oxşar cəhdinə Rusiya və Çin veto qoymuşdu.

Britaniyanın BMT-dəki səfiri də Suriya hökumətinin Hələbdə hərbi cinayətlər törətdiyini bildirib. Ancaq Suriya və Rusiya bildirib ki, rejim şəhərdəki terror qruplaşmaları ilə mübarizə aparır.

Şura münaqişə tərəflərini Hələbdə mayın 5-də başlanan və 48 saat davam edəcək atəşkəs rejiminə əməl etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG