Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:28

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 116 dəfə pozublar. Bu zaman iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub.

Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Koxanəbi kəndlərinin vurulduğu açıqlanır. Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin də atəşə tutulduğu qeyd edilir.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Nəmirli, Qaraqaşlı və Mərzili kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarında da Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Mətbuat xidməti bildirir ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə atəş zərbələri endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG