Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:43

-

ABŞ-ın Müdafiə naziri Ash Carter deyir ki, Vaşinqton və müttəfiqləri İslam Dövləti (İŞİD) silahlı qruplaşmasını məğlub etməkdən ötrü daha çox resurs sərfinə və səy göstərməyə razılaşıblar.

“Belə bir razılığa gəlmişik ki, bütün dostlarımız və İŞİD-ə qarşı koalisiyadakı müttəfiqlərimiz İraq və Suriyada İŞİD-lə və digər yerlərdəki törəmələri ilə mübarizədə daha çox iş görə bilərlər və görməlidirlər”.

Carter mayın 4-də Almaniyanın Ştutqart şəhərində 11 ölkənin müdafiə nazirlərinin iclasında danışıb.

Bu işlərə pulun nə qədər artırılması, əsgər, yaxud hərbi avadanlıq sayı açıqlanmayıb.

Carter illərdir ABŞ müttəfiqlərini terrorçuluqla mübarizəyə daha çox töhfə verməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG