Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:26

Qaydalara dəyişiklik


Şəhidlər Xiyabanı.
Şəhidlər Xiyabanı.

-

Nazirlər Kabineti «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nda dəyişiklik edib.

Xəbəri APA-a yayıb. Qanunda mövcud qayda belədir: «Şəxsin şəhid hesab edilməsi, ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur».

Dəyişiklik hərbi hissənin arayışında əksini tapmalı olan məlumatların müəyyənləşdirilməsi ilə bağlıdır.

Artıq bu arayışda hərbi qulluqçunun ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə atəşkəs dövründə döyüş tapşırığının yerinə yetirilməsi və yaxud dövlət sərhədinin mühafizəsi zamanı həlak olması öz əksini tapmalıdır.

XS
SM
MD
LG