Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

-

İran ABŞ istehsalı olan maşınların idxalını dayandırıb. Səbəb Ali dini lider Ayətulla Ali Khamenei-nin bu maşınları tənqid etməsidir.

Əslində ABŞ avtomobil istehsalçıları on illərdir İranla ticarət etmirlər. Ancaq bir müddət öncə Tehran, General Motors-un bölməsi olan Chevrolet-in hazırladığı 24 modelin digər ölkələr vasitəsilə idxalına icazə verib.

Tehran qadağanı mayın 1-də qoyub. Khamenei aprelin 27-də sual edib ki, iranlılar niyə Amerika maşınları sürürlər. “Amerikalılar özləri ABŞ istehsalı olan maşınları sürmürlər. Bunu Amerika mediası da yazır. Onlar bu maşınların daha çox yanacaq işlətdiyini, maşınların ağır olduqlarını bildirirlər”.

General Motors ötən ay ABŞ-da 259 min 557 avtomobil satıb. Şirkətdən “AP” agentliyinə bildiriblər ki, İran bazarına girmək planları yox idi, baxmayaraq ki, İslam Respublikası böyük bazardır.
Yanvarda qərb dövlətlərinin çoxu İrana sanksiyaları qaldırıb. Ancaq ABŞ qadağaların çoxunu saxlayır. GM-nin sözçüsü deyib ki, sanksiyalara sayğı göstərəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG