Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:13

-

Serbiyanın Baş naziri Aleksandar Vucic mayın 4-də bəzi məntəqələrdə təkrar seçkini uduzub. İlkin nəticələrə görə, Dveri koalisiyası 250 yerli parlamentdə 13 yeri tutacaq. Bu, Vucic-ə zərbədir, çünki parlamentdə cəmi 131 səs qazanmış oldu. Seçkidən öncə bundan 27 çox, 158 yeri vardı.

Vucic erkən seçkini ona görə çağırmışdı ki, hakimiyyətini gücləndirmək, Avropa Birliyinə üzvlük danışıqlarında, islahatlarda daha artıq söz sahibi olmaq istəyirdi.

Dveri koalisiyası 5 faizlik baryeri aşmasaydı, onların qazandığı yerlərin yeddisi Vucic-in mühafizəkar Proqressiv Partiyasına gedəcəkdi.

Həmin məntəqələrdə pozuntular aşkarlandığından təkrar seçki keçirildi.
Ümumilikdə, Vucic və partiyası səslərin 48.2 faizini qazanıb. Ancaq təhlilçilər onun parlamentdəki yerlərin üçdə ikisini qazanacağını gözləyirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG