Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:54

-

Vəfa Mürsəlqızı

MÜHARİBƏ ROMANTİKASI

Müharibə özü ilə yeni dəb də gətirmişdi,
qısa xaki rəngli şortik, əskər kepkası.
Qızlar bu paltarda top lüləsindəki
qərənfilə bənzəyirdilər.
Küçələrdə bayrağa bürünmüş cavanlar gəzirdi.
Evlərdə isə gəzə bilməyən kişilər vardı.
Bu kişilərin ayaqları dağlarda,
meşələrdə qalmışdı.
Bu kişilər arvadlarına bağırır,
uşaqlarını incidir,
qohumlarına isə qapı açmırdılar.
Çünki utanırdılar.
arvadlarından, uşaqlarından, qohumlarından.
Arvadlarını yarımçıq sevirdi bu kişilər.
Bu sevgilərin ya əli ya ayağı yox idi.
Əslində isə bu kişilər qorxurdular.
Müharibənin dəhşətindən qorxmayan
ayaqsız kişilər
küçələrdə gəzən ayaqlı kişilərdən qorxurdular.
Bir gün gecələr xısın-xısın ağlayan
arvadlarının
bu gəzə bilən kişilərdən biri ilə gedəcəyindən
QORXURDULAR.

Müharibə bitmir!!!
O küçə-küçə, döngə-döngə adamların
içində davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG