Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

-

«Azərişıq», «Azərsu», «Azəriqaz»ın fiziki və hüquqi şəxslərə xidmətləri yeni mərkəzlərin fəaliyyət sferasına keçəcək.

«ASAN Kommunal» mərkəzləri yaradılır. Ölkə başçısı mayın 4-də bununla bağlı fərman imzalayıb. Fərmanın mətnini president. az saytı yayıb.

Fərmana görə, mərkəzlərin yaradılmasının məqsədi əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması, şəffaflığın artırılması, daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqidir. Üstəlik, bu sahədə vətəndaş məmnunluğunun təmin olunmasıdır.

Fərmana əsasən, prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırıqlar verilir. Bu tapşırıqlara, fiziki, hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin «ASAN xidmət»in standartları əsasında göstərilməsini təmin edən mərkəzlərin yaradılması, onun vahid şəkildə idarə edilməsinin təşkili daxildir.

«ASAN Kommunal» mərkəzləri kommunal və digər müştəri xidmətlərini həyata keçirəcək. Bu zaman müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəzərdə tutulur.

Həmçinin, vətəndaşların telefon və ya internet müraciətləri «Çağrı xidməti» vasitəsilə qəbul edilib, cavablandırılacaq. Nəzarət və qiymətləndirmənin aparılması, xidmət keyfiyyətinin, vətəndaş məmnunluğunun ölçülməsi üçün mütəmadi sorğuların keçirilməsi də fərmanda nəzərdə tutulur.

Kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar ödənişlər banklar, ödəmə terminalları və ya «ASAN ödəniş» sistemi vasitəsilə həyata keçiriləcək.

Fərmana görə, «Azərişıq»ın, «Azərsu»nun, «Azəriqaz»ın fiziki və hüquqi şəxslərə xidmətləri «ASAN Kommunal»ın fəaliyyət sferasına keçəcək. Bununla əlaqədar Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə fərmanda tapşırıqlar verilib.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

Günün bütün mövzuları

XS
SM
MD
LG