Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14

Avropa Komissiyası Avropa Birliyinə Kosovoya qarşı viza rejiminin qaldırılmasını məsləhət görüb.

Miqrasiya məsələləri üzrə komissar Avramopulos mayın 4-də jurnalistlərə bildirib ki, Kosovoda xeyli tərəqqi əldə edilib və ümid edir ki, hökumətlər və Avropa Parlamenti təklifi tezliklə təsdiqləyəcəklər.

Avropa Parlamentinin məlumatına görə, Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini mayın 5-də Kosovo liderləri ilə görüşməlidir.

Qeyd edək ki, Avropa Birliyi bundan əvvəl Türkiyə, Ukrayna və Gürcüstanla da bağlı eyni təklif verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG