Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:18

Portuqaliyada bir sıra futbol klublarının ofislərində axtarış aparılıb.

Söhbət pulyuma əməliyyatı və Rusiyadan olan kriminal aləmin bunda əli olmasının mümkünlüyündən gedir.

Portuqaliya prokurorluğunun mayın 3-də yaydığı məlumata görə, Lissabonun “Benfika” və “Sportinq” klubları da daxil olmaqla 22 klubun ofisində axtarış aparılıb.

Polisdəki mənbələrdən Reutersə verilən məlumata görə, istintaq əsasən rusiyalı biznesmen Aleksandr Tolstikovun sahibi olduğu “Unian Leyriya” klubuna yönəlib.

Klub fırıldaqçılıq, sövdələşmiş transferlər, sənədlərin saxtalaşdırılması, pulyuma əməliyyatı, mütəşəkkil cinayətkar qruplarla əlbir olmaqda şübhəli bilinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG