Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:33

Azərbaycan Şərq Tərəfdaşlığına şübhə edir


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Elmar Məmmədyarov: «Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının bütün potensialını itirdiyinə dair şübhələr artmaqda davam edir»

«Şərq Tərəfdaşlığı Proqramının zəiflədiyinə və bütün potensialını itirdiyinə dair şübhələr artmaqda davam edir. Azərbaycan Avropa Birliyi ilə ikitərəfli münasibətlərimizdəki irəliləyişi qiymətləndirir».

Xarici işlər naziri Elmar Məmmədyarov Praqada Viseqrad 4 (Çex, Macarıstan, Polşa, Slovakiya) və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündəki çıxışında belə deyib. Çıxışın mətninin nazirliyin saytı yayıb.

E. Məmmədyarov vurğulayıb ki, Azərbaycan Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Birliyi ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır.

«Ümid edirik ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti AB ilə münasibətlərdə tərəfdaş ölkələrin fərqli istəklərinə uyğun olacaq. Azərbaycan əməkdaşlığın potensial sahələrinə özünün cəlb edilməsinin araşdırması məqsədilə yenilənmiş siyasətdəAvropa Birliyi ilə ikitərəfli məsləhətləşmələr aparmağa hazırdır».

Nazir Azərbaycan tərəfindən irəli sürülən və həyata keçirilən böyük trans-regional layihələrin Şərq Tərəfdaşlığı çoxtərəfli formatının dirçəldilməsinə perspektivli təsir göstərdiyini qeyd edib:

«Cənub Qaz Dəhlizi Şərq Tərəfdaşlığı regionu, eləcə də AB üzv dövlətləri və namizəd ölkələrdən müxtəlif pay sahiblərinin daxil olduğu unikal bir layihədir. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaq»

O, həmçinin vurğulayıb ki, Azərbaycanın çoxtərəfli əməkdaşlığa töhfəsi trans-regional neft və qaz infrastruktur layihələri ilə məhdudlaşmır. O, Bakı-Tbilis-Qars dəmiryolu layihəsini, qədim İpək Yolunun bərpasını, habelə, AB ilə Birgə Aviasiya Sazişinin müzakirəsini qeyd edib.

Elmar Məmmədyarov Çexiyaya mayın 3-də gedib.

XS
SM
MD
LG