Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:55

"Türkiyə Avropa Birliyi ilə vizasız rejim üçün lazımi işləri başa çatdırmaq üzrədir".

Bunu ölkənin xarici işlər naziri Mevlut Çavusoglu mayın 4-də-Parlamentin yeni qanun qəbul etməsindən sonra bəyan edib.

Avropa qaydalarına görə pasportlar biometrlik olmalıdır və Türkiyə hələ ki, bunu təqdim etməyib.

Avropa Birliyinin icraçı orqanı mayın 3-də Avropa Birliyi ölkələrinə Türkiyə üçün viza rejiminin sadələşdirilməsini təklif edib.

Amma Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans jurnalistlərə deyib ki, Türkiyə iyunadək birliyin tələb etdiyi 72 kriteriyadan hələ 5-ni yerinə yetirməlidir.

Avropa Birliyi ilə Türkiyə arasındakı miqrant razılaşmasında bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona maliyyə yardımının artırılması, Türkiyə ilə viza rejiminin qaldırılması və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG