Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:21

Əli Həsənov: «Gərginlik davam edəcək»


Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov

«Cəbhə bölgəsindəki gərginlik biz istəsək də, istəməsək də davam edəcək».

Bunu ölkə başçısının ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Trend-in xəbərinə görə, prezidentin köməkçisi bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqları qaytarılmayana qədər gərginlik qalacaq:

«Nə qədər ki, işğalçı Ermənistan ordusu Azərbaycanın ərazilərini tərk etməyib, sülh sazişinə nail olunmayıb, gərginlik davam edəcək. Ermənistan tərəfi danışıqlarda nümayiş etdirdiyi qeyri-konstruktivliyi cəbhə bölgəsində, xüsusən də dinc əhaliyə qarşı son zamanlar yaşanan proseslərdə də göstərdi. Həmçinin, təmas xəttində də bu mövqeyini nümayiş etdirdi»

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ilin fevralında alovlanıb.

Erməni silahlı qüvvələri ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ vilayəti və onun ətrafında 7 rayonu işğal edib. 1994-cü ildə atəşkəs haqda saziş imzalanıb və sülh danışıqları başlayıb. Ancaq, hələlik, tərəflər arasında yekun sülhün şərtlərini razılaşdırmaq mümkün olmayıb.

Danışıqlara ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçilik edir. Bu qrupa ABŞ, Fransa və Rusiya daxildir.

Aprelin 2-dən cəbhədə vəziyyət yenidən gərginləşməyə başlayıb.

XS
SM
MD
LG