Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:11

Peru hakimiyyəti narkotik daşıyan Boliviya təyyarəsinin ələ keçirilməsi ilə bağlı xüsusi əməliyyatın videosunu yayıb.

Kadrlarda avtomat silahdan açılan atəş və bunun ardınca yerə düşən təyyarə görsənir.

Polisin məlumatına görə, təyyarədə 100 kiloqramlarla narkotik olub.

Heyət üzvləri müqavimət göstərib və atışma 3 saat çəkib.

Pilot yaralanıb və hospitala götürülüb. Onun 58 yaşlı boliviyalı olduğu bildirilir.

Kolumbiyalı olduğu güman edilən ikinci qaçaqçı isə aradan çıxa bilib.

Təyyarədən 70 kiloqram kokain tapılıb.

Polisin versiyasına görə atışma vaxtı onlar 200 kiloqramadək kokaini gizlədə də bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG