Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38

-

Ukrayna səmasında Malayziya təyyarəsinin vurulmasını araşdıran qrup təyyarəni vurduğu güman olunan Rusiyanın «Buk» zenit-raket kompleksinin nömrəsini müəyyənləşdirdiyini bildirir. Britaniyanın «Bellingcat» təhqiqat qrupu mayın 3-də hesabat açıqlayıb.

Hesabatda deyilir ki, MH17 təyyarəsi 2014-cü il iyulun 17-də Rusiyanın 53-cü zenit-raket briqadasına məxsus «Buk 322» ilə vurulub. Ekspertlər Ukraynanın separatçıların nəzarətində olan ərazisindəki «Buk»un üstündəki əlamətləri fotolarla tutuşduraraq ortadakı pozulmuş rəqəmi müəyyənləşdiriblər.

Həmin təyyarə qəzasında 298 nəfər həlak olmuşdu.

Ukraynadakı separatçılar isə son hesabata cavab olaraq bildiriblər ki, onların nəzarətində heç vaxt Rusiyanın havadan müdafiə texnikası olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG