Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:44

-

Azərbaycanın xalq şairi Söhrab Tahir vəfat edib.

Bunu AzadlıqRadiosuna Azərbaycan Yazıçılar Birliyindən deyiblər. S.Tahir uzun sürən xəstəlikdən sonra, bu gün səhər saatlarında vəfat edib.

Şəkər xəstəliyindən əziyyət çəkən şairin bu yaxınlarda hər iki ayağı amputasiya olunmuşdu.

S.Tahir 1926-ci ildə İranın Astara şəhərində anadan olub.
«Səadət» və «Şahpur» məktəblərində 9-cu sinfədək təhsil alıb. Ailə vəziyyətinin ağırlığı üzündən atası ilə «İran-İngilis neft şirkəti»ndə işləməyə məcbur olub.

Sovet Ordusu İrana daxil olduqda xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə təhsil alıb. O, 1952-1957-ci illərdə ADU-nun Filologiya fakültəsində oxuyub. 1959-1961-ci illərdə Moskvada Maxim Gorky adına Ali Ədəbiyyat kurslarından keçib. 1962-1966-cı illərdə Azərbaycan Demokratik Firqəsinin Bakı komitəsində birinci katib, «Azərbaycan» jurnalında bədii şöbədə müdir, «Səhər» ədəbi-tarixi jurnalında baş redaktor müavini olub. 1984-cü ildən bir müddət «Azərbaycan» jurnalında redaktor kimi fəaliyyət göstərib.

2006-cı ildə «Şöhrət» ordeni ilə təltif edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG