Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:06

-

Azərbaycana vegetarianlıq 19-cu əsrin ikinci yarısında Rusiyadan gəlib. İlk vegetarian Azərbaycan yazıçısı Əhməd bəy Ağaoğlu idi.

1860-cı illərdə Peterburqda ilk vegetarian cəmiyyəti açılmışdı. Onun şüarı “Nə ət, nə balıq” idi. Həmin cəmiyyət “vegetarianlıq” sözünü Rus dili lüğətinə saldırmağa nail olmuşdu.

Əhməd bəy Ağaoğlu

Əhməd bəy Ağaoğlu

Əhməd bəy Ağaoğlu (1869-1939) Sankt Peterburqda və Parisdə oxumuşdu. O zaman Rusiyada və Fransada ilk vegetarian kafeləri açılırdı. Bu kafelərin adları “Mən heç kəsi yemirəm” olurdu.

Azərbaycan Çar Rusiyasının tərkibində olanda elmi kəşf və ixtiralarına görə Nobel mükafatı almış Ivan Pavlov olduqca məşhur idi, Hər kəs onun uğur hekayəsindən və elmi nailiyyətlərindən danışırdı. Pavlov vegetarian idi.

O illərdə Əhməd bəy Ağaoğlu öz qəzet yazılarında Lev Tolstoyun, İvan Pavlovun vegetarianlıq fikirlərinə bir neçə dəfə toxunmuşdu.

Ivan Pavlovun portreti

Ivan Pavlovun portreti

Tolstoyda isə bu fikirləri yaradan ingilis yazıçı və vegetarian William Frey olmuşdu, Frey onun Yasnaya Polyanadakı evinə gələndən sonra Tolstoy daha ət yeməmiş, “İlk addım” adlı bir məqalə (1891) yazmışdı. Bu məqaləni o vaxt Çar Rusiyasında “Vegetarianlığın İncili” adlandırırdılar.

Arvadı Sofiyanın xatirələrinə görə isə Tolstoyun fikirləri və real həyatda etdikləri heç də həmişə üst-üstə düşmürdü.

Tolstoyun fikirlərindən ilhamlanan Nikolay Leskov isə “Vegetarianlıq haqda” adlı məqalə yazmış (1889), daha sonra bu haqda kitab çap etdirmişdi. O, rus ədəbiyyatında vegetarian qəhrəman yaradan ilk yazıçıdır. Bu, Nastya idi.

Bir müddət Bakıda da yaşamış Sergey Yesenin fizioloq və vegetarian İvan Pavlovla görüşəndən sonra böyük təəssürat almış, ətdən, balıqdan, tütündən imtina etmiş, amma bu, uzun çəkməmişdi.

"Və mən daha ət yemədim. Balıq və qənd də yemədim. Dərisi olan hər şeydən imtina etdim, amma “vegetarian” adlanmaq istəməzdim. Mən Həqiqəti tapmış bir insanam. Xristian, kəndli, vegetarian kimi adlar insan ləyaqətini alçaltmağa xidmət edir. "

Yeseninin şeirlərində yeksək heyvan sevgisi var. Xüsusən qoca itləri, qoca inək və atları sevirdi.

Vegetarianlığı ilə ən çox tanınan sovet yazıçısı Maksim Gorky idi. O, ömrü boyu tərəvəz, tarla bitkiləri, şorbalarla qidalandı. Onun haqqında bir lətifə də vardı:

Bir gün Gorky Amerikada nahara dəvət olunur, onun yanında bir qadın əyləşir və qadın onu ət yeməsi üçün dilə tutmağa başlayır.

- Bəlkə toyuq? – qadın deyir.

- Yox, çox sağ olun – yazıçı nəzakətlə cavab verir.

- Bəlkə bir dilim donuz əti?

- Yox, təşəkkür edirəm.

- Bəlkə dana əti? – qadın onu dilə tutmağa davam edir.

- Yox, mən bunların heç birindən yemirəm. - Gorky’nin səbri daşır, - Əgər ət yesəm də, bu, insan əti olacaq, özü də çiy!

Günün bütün mövzuları

XS
SM
MD
LG