Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:22

-

Mayın 4-də BMT-nin Təhlükəsizlik Şurasının toplantısında Suriyanın şimalındakı Hələb şəhərində atəşkəs razılaşmasının pozulması müzakirə olunacaq. Hələbdə son həftələr hökumət qüvvələri ilə müxalifət döyüşçüləri arasında qızğın döyüşlər gedir.

BMT isə sülh danışıqlarının başlanması üçün döyüşləri dayandırmağa çalışır.

İclası Fransa və Britaniya çağırıb. Rusiya Hələb ətrafında atəşkəsin bərpasına çalışdığnı deyir.

Fransa səfiri Francois Delattre Hələbi Suriya Prezidenti Bashar al-Assad-a qarşı “müqavimətin şəhidlik mərkəzi” adlandırıb və onu Bosniya müharibəsi dövründəki Sarayevo ilə müqayisə edib.

“Hələb yanır, bu məsələni öncəlik verməyimiz vacibdir“, Britaniyanın səfiri Matthew Rycroft deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG