Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:36

39-cu Tehran Beynəlxalq Kitab Sərgisi açılıb


Hassan Rouhani Tehran Beynəlxalq Kitab Sərgisində
Hassan Rouhani Tehran Beynəlxalq Kitab Sərgisində

-

"Kitabla bağımız qüvvətli olsa, beynəlxalq sahələrdə də gücümüz artacaqdır"

Tehran Beynəlxalq Kitab Sərgisinin Asiya ölkələrinin ədəbi həyatında böyük rolu var, bura İrana qonşu olan ölkələrin yazıçı və naşirləri üçün vacib görüş və müzakirə yeridir. O ölkələr ki, öz kitab bazarları çox zəifdir.

İranın Kitab Agentliyi xəbər verir ki, İran prezidenti Hasan Rouhani açılış mərasimində deyib:

"Hər şəhər öz kültürüylə tanınır; filmlər, rəsmlər, fotolar və özünəməxsus musiqili tamaşalarıyla. Biz iqtisadiyyatın yalnız böyük iqtisadiyyat olduğunu düşünürük, halbuki bir ölkənin kültür və sənəti onun böyük iqtisadi bazarı ola bilər", "Kitab digər xalqlarla münasibət qurmağa yumşaq bir gücdür", "Kitab insana rahatlıq gətirir, kitab oxumaqla arası yaxşı olan insanlar daha dərin düşüncələrə sahib olurlar", "Kitab dünyasında gerçəkləşən hadisələr və proseslər daha yaxşı qavrama gücü qazandırır", "Kitabla bağımız qüvvətli olsa, beynəlxalq sahələrdə də gücümüz artacaqdır", "Yazıçılar və tərcüməçilər bizdən pul deyil, güvən istəyirlər", "Tənqid edənlərə sərt cavab verməyin, tənqid böyük bir nemətdir", "İşlər onları bilən adamlara tapşırılmalıdır, dövlət hər quruma müdaxilə etməməlidir", "Yazarlar bu sahədə boy göstərə bilmək üçün əvvəlcə yazma azadlığına sahib olmalıdırlar", "Naşirlər və yazıçılar sərmayələrlə dəstəklənməlidirlər"...

XS
SM
MD
LG