Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:48

Türkiyə Kipr yunanları da daxil olmaqla Avropa Birliyi ölkələrinə qarşı viza rejimini ləğv edəcək.

Türkiyə hökuməti bəyan edib ki, bu o halda olacaq ki, Avropa Birliyi də eyni addım atsın.

Amma hökumət qeyd edib ki, söhbət Kipr Respublikasının tanınmasından getmir.

Dünən bəlli olub ki, Avropa Birliyi viza rejiminin ləğvi üçün Türkiyəyə qarşı ilkin şərtlər irəli sürüb ki, Ankara onların çoxunu hələ də yerinə yetirməyib.

Avropa Komissiyasının mayın 4-də Türkiyə ilə Avropa Birliyi arasındakı miqrant razılaşması ilə bağlı təkliflər verəcəyi gözlənilir.

Qeyd edək ki, bu il martın 20-dən qüvvəyə minən razılaşmada Avropadakı bütün qanunsuz miqrantların Türkiyəyə qaytarılması, əvəzində ona maliyyə yardımının artırılması, Türkiyəyə qarşı viza rejiminin ləğvi və onunla üzvlük danışıqlarının tezləşdirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG