Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:13

UEFA mayın 3-də Budapeştdə keçirilən toplantısında Kosovonu sıralarına qəbul edib.

Serbiyanın güclü etirazına baxmayaraq Kosovo beləliklə UEFA-nın 55-ci üzvü olub.

Səsvermə zamanı 28 ölkə bunun lehinə, 24-ü isə əleyhinə səs verib.

Bu qərar Kosovonun FİFA üzvlüyünə də yol açır. FİFA-da bu məsələ ilə bağlı səsvermə mayın 13-də keçiriləcək.

Bu səsvermə də müsbət nəticə versə, Kosovo 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına qatıla bilər.

Amma bunun digər milli komandalarda oynayan kosovolu futbolçulara şamil edilib-edilməyəcəyi hələ ki, qaranlıq qalır.

Məsələn İsveçrə millisində Şakiri, Caka bə Behrami kimi kosovolu oyunçular var.

Günün bütün mövzuları

XS
SM
MD
LG