Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:59

XİN-dən Ermənistandakı çağırışlara cavab


Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev

«Ermənistanda Dağlıq Qarabağı tanıması barədə açıqlamalar ATƏT-in Minsk Qrupu prosesinə son qoymaq mənası daşıyır».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanda Dağlıq Qarabağdakı separatçı rejimin tanınacağı haqda deyilənləri dəyərləndirərkən deyib.

«Bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq. Bu Minsk Qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir» - deyə o qeyd edib.

H. Hacıyev beynəlxalq ictimaiyyəti təxribatçı əməllərə adekvat münasibət bildirməyə çağırıb.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olandan sonra, tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi hələ SSRİ vaxtı -1988-ci ilin fevralında alovlanıb.

Erməni silahlı qüvvələri ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ vilayəti və onun ətrafında 7 rayonu işğal edib. 1994-cü ildə atəşkəs haqda saziş imzalanıb və sülh danışıqları başlayıb. Ancaq, hələlik, tərəflər arasında yekun sülhün şərtlərini razılaşdırmaq mümkün olmayıb.

Danışıqlara ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçilik edir. Bu qrupa ABŞ, Fransa və Rusiya daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG