Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:32

Mərkəzi Bank mayın 3-də faiz dəhlizinin göstəricilərini dəyişməyə qərar verib. Bankın məlumatında belə deyilir.

İdarə Heyətinin bu qərarı ilə mayın 3-dən uçot dərəcəsi 7 faiz səviyyəsində dəyişməz saxlanılır. Ancaq, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi 2-dən 4-ə qaldırılır, yuxarı həddi isə 17-dən 15 endirilir.

Məlumatda Mərkəzi Bankın makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirlərini davam etdirdiyi vurğulanır. Bank qeyd edir ki, milli iqtisadiyyatda müşahidə edilən son meyllər, inflyasiya gözləntilərinin sabitləşməsi faiz dəhlizinin yuxarı həddinin aşağı endirilməsini şərtləndirir. Faizlərin dəyişdirilməsinə eləcə də, banklararası pul bazarında müşahidə edilən meyllər əsaslar yaradır.

«Mərkəzi Bank pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün müvafiq həcmdə likvidliyin sterilizasiyası əməliyyatlarının da aparılmasını planlaşdırır. Bu isə faiz dəhlizinin aşağı həddinin qaldırılmasını zəruri edir. Faiz dəhlizinin aşağı həddinin qaldırılması ilə sterilizasiya əməliyyatlarının aparılması milli valyutada yığımların cəlbediciliyini yüksəltmək baxımından əhəmiyyətlidir. Manata olan inamın artması və valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından da vacibdir» - deyə Mərkəzi Bankın məlumatında bildirilir.

Mərkəzi Bank faiz dəhlizinin parametrlərini bundan əvvəl martda dəyişmişdi. Martda uçot dərəcəsi 7, likvidlik əməliyyatları üzrə dəhlizin yuxarı həddi 17, aşağı həddi isə 2 faiz müəyyən edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG