Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:47

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 3-də Moskvada BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura ilə Suriyadakı vəziyyəti müzakirə edib.

O görüşdən sonra keçirilən birgə mətbuat konfransında bir daha Suriya münaqişəsinin siyasi yolla həllinə alternativ olmadığını deyib.

Lavrov qeyd edib ki, yaxın vaxtlarda Hələb şəhərində atəşkəs elan edilə bilər:” ABŞ və Rusiya hərbçiləri hazırda Hələb şəhərində atəşkəs elan edilməsi ilə bağlı razılaşmanı yekunlaşdırmaq üzrədirlər. Ümid edirəm ki, yaxın zamanlarda hətta ola bilsin ki, yaxın saatlarda belə bir qərar elan ediləcək”,deyə Lavrov bildirib.

Lavrov həmçinin atəşkəsə nəzarətlə bağlı ABŞ-Rusiya operativ monitorinq mərkəzinin yaxın günlərdə Çenevrdə fəaliyyətə başlayacağını deyib.

Qeyd edək ki, Suriyada atəşkəs rejiminə baxmayaraq son həftələr Hələb uğrunda yenidən döyüşlər gedir.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG