Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:40

Azərbaycanda 1 milyon 300 min pensiyaçı var


Azərbaycan pensiaçısı
Azərbaycan pensiaçısı

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 303 min 252 nəfərdir.

Onlardan 536 659 nəfəri kişi, qalanları isə qadınlardır. Bu haqda Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında bildirilir.

Onların 781 576 nəfəri yaşa, 375 884 nəfəri əlilliyə görə pensiya alırlar. 145 792 nəfər isə ailə başçısını itirdiyindən, bu imkanı əldə edib.

Əmək pensiyasının baza hissəsi fevralın 1-dən 10 faiz artırılıb. Əmək pensiyalarının sığorta hissəsi əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun müəyyənləşdirilib.

Bu tədbirlərin nəticəsində əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəli ilə müqayisədə 6,8 faiz artaraq 189,9 manata çatıb. Yaşa görə pensiyaların orta aylıq məbləği isə 210,8 manata qaldırılıb.

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında təqribən 2 dəfə dəyər itirib.

XS
SM
MD
LG