Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:14

İtkin neftçilərin yaxınları işlə təmin olunur


«Günəşli» yatağında yanğın, 5 dekabr, 2015
«Günəşli» yatağında yanğın, 5 dekabr, 2015

«Günəşli» yatağında və «Neft Daşları»ndakı 501 nömrəli özüldə baş vermiş qəzada, ölən və itkin düşənlərin ailə üzvləri SOCAR-da işlə təmin olunublar.

Modern.az-ın xəbərinə görə, ölən və itkin düşmüş neftçilərin ailə vəziyyətlərinin yaxşılaşdırılması ilə əlaqədar onların hərəsindən bir nəfər müsabiqədən kənar müxtəlif işlərə cəlb olunublar.

Bu, SOCAR rəhbərliyinin müvafiq göstərişinə əsasən həyata keçirilib.

Neftçilərin ailə üzvlərinə bu barədə məlumatlar verilib və onlardan lazımi sənədlər yığılıb.

Artıq sənədləri qəbul edilmiş şəxslər müxtəlif şöbələrdə işləməyə başlayıblar.

2015-ci il dekabrın 4-də Neft Daşlarında vaqon-otaqda olan 3 fəhlə qasırğa nəticəsində dənizə düşmüşdü. Həmin gün axşamüstü isə «Günəşli» yatağındakı 10 saylı platformada yanğın baş vermişdi.

Bu zaman 64 neftçidən 34-ü xilas edilib. 7 meyit dərhal aşkar edilib, sonra axtarış nəticəsində daha 7-si tapılıb.

Ötən ayın sonlarında isə, Xəzərin Türkmənistan sahilində bir meyit də tapılıb, Azərbaycana gətirilib. Hələlik, analizlər bəlli olmasa da onun da itkin neftçilərdən bir olduğu güman edilir.

XS
SM
MD
LG