Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:54

Azərbaycan 120 milyarddan çox qazanıb


Mədən sənayesi (arxiv fotosu)
Mədən sənayesi (arxiv fotosu)

Azərbaycan hökuməti 2003-cü ildən mədən sənayesindən 73 mlrd. əldə edib.

Bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşşenko bildirib.

Larisa Leşşenkonun sözlərinə görə, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyası (EITI) üzrə ilk hesabatını 20005-ci ildə hazırlayıb. O vaxtdan 12 hesabat verib, bu məlumatlar orda əks olunub.

«Əsas məsələ bu vəsaitlərin necə bölünməsi və onların əhaliyə necə çatmasıdır. Bunun üçün EITI üzrə hesabat təkmilləşdirilməlidir», - deyə Leşşenko bildirib.

O, qeyd edib ki, 2017-ci ilin yanvarından hər bir ölkə yol xəritəsi hazırlamalı, onun köməyi ilə informasiya yayılmalıdır.

«Bu, məsləhət deyil, bütün ölkələrə tələbdir. Bu vəsaitlərin xərclənməsində şəffaflıq və məsuliyyət olmalıdır», - deyə Leşşenko vurğulayıb.

Neft Fondunun məlumatına görə, Azərbaycan 2001-ci ildən 2016-cı ilin aprelin 1-nə kimi «Azəri-Çıraq-Günəşli» layihəsi çərçivəsində 118 mlrd. 146 mln. əldə edib. 2007-ci ildən «Şahdəniz» layihəsi çərçivəsində isə 2 mlrd. 483 mln. qazanıb.

XS
SM
MD
LG