Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Cənubi Koreya prezidenti Pak Çun hayın İrana səfəri zamanı tərəflər arasında maliyyə, nəqliyyat, və energetika sahələri də daxil olmaqla 19 razılaşma imzalanıb.

Həmçinin iki ölkə arasında Cənubi Koreyaya sıxılmış qaz ixracı ilə bağlı anlaşma memorandumu imzalanıb.

Tehran Beynəlxalq Əlaqələr Universitetinin professoru Mohammed Marandi bu əməkdaşlığın tərəflər, xüsusilə də Cənubi Koreya üçün sərfəli olacağını deyib: “İranın 80 milyona yaxın əhalisi var. Bundan başqa onun şərqində yerləşən Əfqanıstan İran bazarının nüfuzundadır. Beləliklə İran vasitəsi ilə, Cənubi Koreya kimi ölkələrin böyük bir bazara çıxışına imkan açılır”, deyə o bildirib.

Alim hesab edir ki, bu həmçinin İranın qərbdən asılılığını azaldacaq.

İran aprelidə Cənubi Koreyaya gündəlik 400 min barrel neft göndərib.

Yanvarda, sanksiyalar qaldırılmamışdan bu rəqəm 100 min barrel idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG