Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:08

«Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində dərin sularda sualtı hasilat sistemlərinin daşınması və quraşdırılması məqsədi ilə yeni müqavilə imzalanıb. Konsorsiumdan bildiriblər ki, 1,5 milyard dollar dəyərində olan müqavilə «BOS Şelf LLC», «Saipem Contracting Netherlands B.V»«Star Gulf FZCO» konsorsiumu ilə imzalanıb.

AZƏRTAC-ın xəbərinə görə, müqavilə çərçivəsində görüləcək işlərə sualtı hasilat sistemlərinin, qurğuların daşınması, quraşdırılması məqsədilə «Xankəndi» sualtı tikinti gəmisinin idarə edilməsi və istismarı daxildir.

Yeni bağlanmış müqavilə çərçivəsində görüləcək işlərin 2022 ilin ortalarınadək başa çatdırılması planlaşdırılır. Müqavilənin daha beş il müddətinə uzadılmaq imkanı da var.

«Şahdəniz Mərhələ 2» və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layihədir.

Bu layihə üzrə ilk hasilatın 2018-ci ildə əldə edilməsi planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG